Avq
2022
10:45
208
32
1639
Virtual karabakh

Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir - FOTOREPORTAJ

8 Avq, 2022
10:45
1639

Aşura günü ilə bağlı qanvermə aksiyası keçirilir - FOTOREPORTAJ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu il Məhərrəm ayının 10-u, yəni Aşura günü avqustun 8-nə təsadüf edib. Bu gün ilə əlaqədar olaraq ölkənin müxtəlif yerlərində qanvermə aksiyaları keçirilir.

Analoji aksiya Təzəpir məscidində də təşkil olunub. Qan vermək istəyən yüzlərlə insan məscidə axın edərək, qan verir.

“Global Photo Stock”un əməkdaşının qanvermə aksiyasından hazırladığı fotoreportajı təqdim edirik:

Qeyd edək ki, bu gün ümumilikdə 6 məscid və ziyarətgahda, habelə 8 səhiyyə müəssisəsində qanvermə aksiyası keçirilir.

Bakıda Xəzər rayonundakı Mirmövsüm Ağa ziyarətgahı, Nəsimi rayonundakı Göy məscid (mərasim zalı), Nizami rayonundakı Şah Abbas məscidi, Səbail rayonundakı Bibiheybət məscid ziyarətgahı, Suraxanı rayonundakı Qaraçuxur məscidi və Yasamal rayonundakı məscidində qanvermə aksiyası baş tutub.

Daha çox foto burada : Photostock.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri