8 
Avq
2022
16:08
197
20
2283
yuxarı
ABŞ-ın Azərbaycandakı səfirliyi elektrik enerjisini fərqli üsulla əldə edir - FOTO
8 Avq, 2022
16:08
2283
197
20
ABŞ-ın Azərbaycandakı səfirliyi elektrik enerjisini fərqli üsulla əldə edir - FOTO
ABŞ-ın Bakıdakı səfirliyinin ikinci ofis sahəsi artıq enerji ehtiyaclarının böyük hissəsini günəş panelləri ilə qarşılayır.
Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat yayıb.
“Sanki günəşli havanı sevmək üçün başqa bir səbəb lazım idi. İqlim dəyişikliyi ilə mübarizə hər kəsə kömək edir. Səfirlikdə və “Landmark Baku”da yeni günəş panelləri ABŞ-ın Bakıdakı səfirliyinə bərpa olunan enerjidən istifadə etməklə enerji ehtiyaclarını ödəməyə kömək edəcək. Biz istixana qazı emissiyalarının azaldılmasına kömək etmək üçün üzərimizə düşəni edirik”, - deyə məlumatda qeyd edilib.