Avq
2022
10:30
14
228
3561
Virtual karabakh

12 yaşlı Fərhadın son ümidi sizsiniz - FOTO

9 Avq, 2022
10:30
3561

12 yaşlı Fərhadın son ümidi sizsiniz - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

12 yaşlı Fərhad leykozdan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a Zeynallı Fərhadın anası Zeynalova Mirsələmə məlumat verib.

O qeyd edib ki, oğlu 2016-cı ildən bu xəstəliklə mübarizə aparır.

Fərhad beş il Azərbaycanda müalicə alıb, lakin xəstəlik təkrar özünü büruzə verib:

“Uzun müddətdir, Türkiyədəyik. İki dəfə əməliyyat olunub, ona sümük iliyi köçürülüb. Lakin oğlum daimi olaraq müalicələr almalıdır. Bizə bir kurs müalicə üçün 2000 manat pul lazımdır. Hazırda dərmanlar qəbul etdiyinə görə vəziyyəti yaxşı deyil. Dərmanlar bütün orqanizmini alt-üst edib. Bədəni göyərib, səpgilər əmələ gəlib. Övladımı tanımaqda çətinlik çəkirəm. Heç bir anaya bu hissləri yaşamağı arzu etmirəm”.

Biganə qalmayaq və Fərhada yardım edək.

Yardım etmək istəyənlər 050 823 41 43 (Mirsələm Zeynalova, Fərhadın anası. Qeyd: Hal-hazırda ailə Türkiyədə övladlarını müalicəsi etdirdikləri üçün nömrə yalnız “WhatsApp” üzərindən aktivdir) nömrəsi ilə əlaqə saxlaya və ya bank hesabı vasitəsilə kömək ola bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri