Avq
2022
15:28
24
172
5285
Virtual karabakh

Ağdamda zəhərlənən tibb işçilərinin sayı açıqlandı - YENİLƏNİB

9 Avq, 2022
15:28
5285

Ağdamda zəhərlənən tibb işçilərinin sayı açıqlandı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Ağdam Rayon Mərkəzi Xəstəxanasının 12 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxananın qəbul şöbəsinə yerləşdirilib.

Bu barədə Oxu.Az-a TƏBİB-dən məlumat verilib. 

“Onların hər birinin vəziyyəti stabil olaraq qiymətləndirilir. Hazırda müalicələri davam etdirilir, onların vəziyyəti TƏBİB rəhbərliyinin nəzarətindədir. Zəhərlənmənin səbəbi araşdırılır”, - deyə qurumdan bildirilib.

Baş Prokurorluqdan Oxu.Az-a verilən məlumata görə, faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma başladılıb. 

Bildirilib ki, Baş Prokurorluğa daxil olmuş sorğuya cavab olaraq bildiririk ki, Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri nəticəsində 12 nəfərin yüngül dərəcədə zəhərlənməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

14:42

Ağdam Rayon Mərkəzi Xəstəxanasında kütləvi zəhərlənmənin ilkin səbəbi məlum olub.

Oxu.Az-ın əldə etdiyi ilkin məlumata görə, zəhərlənməyə səbəb şöbənin dezinfeksiya edilməsi olub. 

Dezinfeksiya tədbirlərindən sonra mərkəzi havalandırma sistemi işə salındığı üçün tibbi kollektivdən 11 nəfər zəhərlənib.

14:36

Ağdamda kütləvi zəhərlənmə baş verib. 

Oxu.Az xəbər verir ki, hadisə Ağdam Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

İlkin məlumata görə, tibb işçiləri arasında zəhərlənənlər var, hazırda onlara ilkin tibbi yardım göstərilir.

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri