Avq
2022
19:44
45
314
10351
Virtual karabakh

Babadağda həlak olan şəxsin meyiti tapılıb - YENİLƏNİB + VİDEO

9 Avq, 2022
19:44
10351

Babadağda həlak olan şəxsin meyiti tapılıb - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Babadağ dağında həlak olan Mübariz Məmmədovun meyiti tapılıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

15:15

Avqustun 6-da İsmayıllı rayonu ərazisində Babadağda həlak olduğu bildirilən Məmmədov Mübariz Əliağa oğlu meyitinin axtarışları davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal-qərb Regional Mərkəzinin axtarış-xilasetmə qrupları təlim görmüş itlərdən, xüsusi alpinist avadanlıq və ləvazimatlarından istifadə etməklə dumanlı və çiskinli hava şəraitində sıldırımlı qayalarda və səthi buz bağlamış yarğanlarda axtarışlar aparırlar.

Çətin keçilən yerlərdə axtarış-xilasetmə işlərində drondan da istifadə olunur. Axtarışa Daxili İşlər Nazirliyinin əməkdaşları da cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri