Avq
2022
18:52
462
30
2329
Virtual karabakh

Vətən uğrunda ayağını qurban vermiş qazi: “Əlillik dərəcəsi alan kimi, protezlə təmin olundum” - MÜSAHİBƏ

9 Avq, 2022
18:52
2329

Vətən uğrunda ayağını qurban vermiş qazi: “Əlillik dərəcəsi alan kimi, protezlə təmin olundum” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“İyul ayının 18-i Protez-Ortopedik Bərpa Mərkəzinə getdim. Bir gün sonra məni protezlə təmin etdilər. Bununla bağlı heç bir problem yaşamadım. Ayağım sonradan, yəni bu il fevralın 15-də amputasiya olunduğu üçün əlillik dərəcəsini gec aldım. Alan kimi də ayağımın ölçüləri götürüldü”. 

Bunu Oxu.Az-a müsahibəsində Vətən müharibəsi iştirakçısı Nurlan Aydınov deyib. 1990-cı il təvəllüdlü qazimiz evlidir və üç övladı var. 

Müsahibəni təqdim edirik:

- Necə oldu müharibəyə yollandınız? Könüllü qatılmısınız, yoxsa çağırışla getmisiniz?

- Müharibədən əvvəl hərbçi olmuşam, 2017-ci ildə kiçik gizir kimi xidmətə getmişəm və qrup komandiri olmuşam. Ona görə də 2020-ci il 27 sentyabrda müharibə başlayan kimi biz də Murov istiqamətində döyüşlərə yollandıq. 

- Hansı ərazilərdə xidmət etmisiniz?

- Murov, Talış kəndi, Suqovuşan istiqamətində döyüşmüşəm. Suqovuşan alınan gün, oktyabrın 3-də Talış istiqamətində yaralanmışam və xidmətim başa çatıb.

- Hansı medallarla təltif olunmusunuz?

- “Cəsur döyüşçü”, “Suqovuşanın alınmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olundum. 

- Təqaüd nə vaxt ayrıldı?

- Prezident təqaüdünü bu ay almışam, amma hələ ki hərbidən maaş aldığıma görə pensiya almıram. Bundan sonra hərbçi kimi iki ay maaş alacam, ondan sonra isə pensiya ayrılacaq. 

- Müharibədən sonra dövlət tərəfindən nə kimi qayğı göstərilib?

- Dövlətdən sığorta, Yaşat Fondundan da pul verilib. Həmçinin protezlə təmin ediblər. Ötən müddət ərzində icra başçımız daima baş çəkib, köməklik göstərib.

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri