13 
Fev
2015
12:26
108
20
5035
yuxarı
Azərbaycana qar yağıb - FOTO
13 Fev, 2015
12:26
5035
108
20
Azərbaycana qar yağıb - FOTO
Meteoroloqların proqnozu özünü doğrultdu.
Azərbaycana qar yağıb.
Oxu.Az xəbər verir ki, yağıntı Qax, Zaqatala, Balakən, Şəki, Quba, Qusar və Xızı rayonlarına düşüb.
Qeyd edək ki, meteoroloqların proqnozu özünü doğrultdu. Belə ki, dünən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Oxu.Az-a verilən məlumatda fevralın 13-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı qeyd olunmuşdu.
Həmçinin, məlumatda gündüz bəzi rayonlarda qısa fasilələrlə yağıntı olacağı, qərb küləyi əsəcəyi, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi də deyilirdi.
FOTO: İlqar Səfərov
E.Ə.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək