10 
Avq
2022
12:54
94
20
2494
Virtual karabakh

Sabahın hava proqnozu AÇIQLANDI

10 Avq, 2022
12:54
2494

Sabahın hava proqnozu AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah hava Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26, gündüz 31-36, Bakıda gecə 23-25, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75% olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz. Lakin gündüz bəzi dağlıq ərazilərdə lokal qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 18-23 dərəcə isti olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri