10 
Avq
2022
17:52
98
18
1382
Virtual karabakh

Xeyrəddin Qoca müasir ədəbi tənqid haqqında: “Tənqidçiyə qonaqlıq verib əvvəlcədən yazı yazdırırlar”

10 Avq, 2022
17:52
1382

Xeyrəddin Qoca müasir ədəbi tənqid haqqında: “Tənqidçiyə qonaqlıq verib əvvəlcədən yazı yazdırırlar”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Molla Nəsrəddin” jurnalının ilk sayı hazırlanandan sonra Cəlil Məmmədquluzadə materialları Naxçıvanda bir ziyalıya göstərir. Ziyalı buna heyranlığını bildirir, lakin deyir ki, bunu çap etmək olmaz. Cəlil Məmmədquluzadə səbəbini soruşanda ziyalı ona cavab verir ki, siz burada milləti tənqid etmisiniz. Bizim millət tənqidi yox, tərifi sevir”...

Bu sözləri Bizim.Media-ya verdiyi açıqlamada yazıçı-satirik Xeyrəddin Qoca deyib.

Son illərdə ədəbi tənqidin zəifləməsindən gileylənən yazıçı bildirib ki, ədəbi tənqidlə hər adam məşğul ola bilməz:

“Bizim xalq tənqidi sevir, amma nəbadə onun özünü tənqid edəsən. Mirzə Cəlilin zamanından 100 il keçib. Ədəbi tənqidin ciddiliyinə, ümumiyyətlə tənqidə məhəl qoyan yoxdur. Yazılar elə yazıldığı yerdə də qalır. İndiki qələm sahibləri öz-özlərinə sual verirlər: “Bir tənqiddən sonra tədbir görülməyəcəksə, o, mənasızdır”.

Görürsünüzmü, son vaxtlar heç bir mətbuat orqanında felyeton yoxdur. Çünki tənqidin nəticəsi olmur. Tənqidsiz isə heç zaman inkişafdan söhbət açmağa dəyməz!”

Xeyrəddin Qocanın sözlərinə görə, bəziləri ədəbi tənqidlə mətbuatdakı tənqidi məqalələri bir-biri ilə səhv salırlar:

“Hər hansı ədəbi əsər haqqında fikir söyləmək hələ tənqidçi olmaq demək deyil. Ümumiyyətlə, hər bir tənqidçi həm də gərək yazıçı olsun. Bizim problemimiz odur ki, biz hələ ədəbi tənqidin nə olduğunu bilmirik. Tənqidçi əsərin güclü və zəif tərəflərini göstərməlidir. Əgər istedadı varsa, əsərdə hadisələrin necə cərəyan etməsini, bəzi ədəbi fəndlərin necə ola biləcəyini göstərə bilər. Yazıçını əsərin üzərində yenidən işləməyə “məcbur” edə bilər. Bir də özünüz düşünün, əsər dərc olunandan sonra onu tənqid etməyin nə mənası var? Axı bu, yazıçıya nə verir?

Əslində yazıçı güclü tənqidi materialdan da nə isə öyrənir, gələcəkdə bunu nəzərə alır. “Bizdə tənqid yoxdur” deyənlər tənqiddən çox tərifin olduğunu görürlər.

Onlar ciddi ədəbi tənqidi nəzərdə tuturlarsa, doğru deyirlər. Yaxın keçmişimizdə güclü  tənqidçilərimiz və ədəbi tənqidimiz var idi. Məmməd Arif, Yaşar Qarayev, Qulu Xəlilov və başqaları adlı-sanlı tənqidçilərimiz olublar. Deyiləsi söz, fikir çoxdur. Hər şeydən əvvəl güclü ədəbi əsərlər olmalıdır ki, güclü də ədəbi tənqidçilər yetişsinlər. Orda-burda öz zəif əsəri ilə qürrələnib, tənqidçiyə qonaqlıq verməklə əvvəlcədən tənqidi məqalə yazdıra-yazdıra tənqidçi yetişdirmək olmaz”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri