10 
Avq
2022
17:44
33
74
1978
Virtual karabakh

“Sosial yetim”lərin cəmiyyətə qovuşması: Qərar var, ancaq tənzimləmə yoxdur - FOTO

10 Avq, 2022
17:44
1978

“Sosial yetim”lərin cəmiyyətə qovuşması: Qərar var, ancaq tənzimləmə yoxdur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Problemi ilk başda həll etmək lazımdır. Çalışmalıyıq ki, internat məktəblərinin sakinləri az olsun. Uşaq ailədən kənardadırsa, onun yaxşı gələcəyi olmayacaq. Uşaq ailədə olanda onun sərhəd genişliyi olur, müstəqil düşünə bilir. Uşaq evində belə deyil. Hər zaman nəzarət altında olurlar. Müstəqil həyata da addım atanda onlar nəzarətsiz həyatlarını qura bilmirlər”.

Bunu internat uşaqların sonrakı taleyi ilə bağlı Oxu.Az-a açıqlama verən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu deyib.

Xatırladaq ki, son vaxtlar internat məktəbləri və uşaq evlərindən çıxan yeniyetmələrin küçələrdə köməksiz və çarəsiz vəziyyətdə yaşaması hallar artıb. Hər kəsə məlumdur ki, uşaqlar internat məktəbini bitirdikdən sonra artıq oranı tərk etməli olurlar. İşsiz, evsiz qalırlar. Sonra da pis vərdişlərə aludə olur, hətta müxtəlif cinayətlərə meyil edirlər.

Belə halların qarşısını necə almaq olar?

Deputatın sözlərinə görə, Azərbaycanda qəyyumluq və himayə institutu yox səviyyəsindədir:

“Qəyyumluğun təkmilləşdirilməsi üçün qanunvericilik bazası formalaşdırılmalıdır. Uşaqlar, körpələr, yeniyetmələr təkcə valideynin deyil, bütövlükdə bu cəmiyyətindir. Düzgün tərbiyə almaması, yararlı vətəndaş olmaması cəmiyyətə zərər vurur. “Sosial yetim” anlayışı var - uşağın ana-atası var, lakin uşaq evində böyüyür. Ata-ana valideynlik hüququndan hansısa səbəbə görə məhrum ediliblər. Elə ailələrə xüsusi dəstək lazımdır. Məsələni bu mərhələdə də həll etməliyik.

Qəyyumluq institutu təkmilləşdirilməlidir. O zaman uşaq evlərində, internatlarda böyüyənlərin sayı azalacaq. Uşaqlar ailələrdə yaxşı təhsil almış olacaqlar. Köklü dəyişiklik olmalıdır”.

Hüquqşünas Fərhad Mehdiyev deyib ki, internatı bitirdikdən sonra tərk edənlər növbə ilə evlə təmin olunmalıdırlar:

“Onların evlə təmin olmaları ilə bağlı Nazirlər Kabinetinin qərarı var. Bununla bağlı tənzimləmə mövcud deyil. Ola bilsin ki, işə götürülmək üçün müəyyən üstünlüklər göstərilə bilər. Dövlət kimlər üçünsə iş yeri açıb, onları təmin etmir.

QHT-lər onlarla bağlı layihələr həyata keçirməlidir. İnternat uşaqları peşəyə yönəldilsələr, məktəbi bitirəndən sonra ixtisas sahibi olacaqlar. Onların məşğulluğuna diqqət yetirilməlidir”.

F.Mehdiyev əlavə edib ki, internat uşaqları ilə bağlı layihəyə dəstək vermək, peşəyə yiyələnmələrinə kömək etmək lazımdır:

“Onlar birləşib, kirayə ev də tuta bilərlər. Övladlarımızın taleyi ilə bağlı maraqlanmaq lazımdır. Bu problemlərin həll olunacağını düşünürəm. Uşaqların da öz aralarında koordinasiya var. Dəstək olurlar”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri