10 
Avq
2022
16:24
11
124
2013
Virtual karabakh

“Qara su” xəstəliyindən əziyyət çəkdiyinizi bilmədən görməni itirə bilərsiniz” - AÇIQLAMA

10 Avq, 2022
16:24
2013

“Qara su” xəstəliyindən əziyyət çəkdiyinizi bilmədən görməni itirə bilərsiniz” - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin geridönməz itirilməsinə səbəb olan xəstəlikdir”. 

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Nigar Həsənova nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib. 

Həkimin sözlərinə görə, göz təzyiqinin təhlükəli olmasının səbəbi odur ki, bu problem əlamətsiz şəkildə inkişaf edir: 

“Biz çox zaman pasiyentlərin bu xəstəliyə düçar olduğunu təsadüfən öyrənirik. Ona görə də 40 yaşdan sonra ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır”. 

N.Həsənova vurğulayıb ki, “Qara su” xəstəliyindən əziyyət çəkdiyinizi bilmədən ani şəkildə görməni itirə bilərsiniz: 

“Ona görə də erkən diaqnoz bu xəstəliyin müalicəsində əsas faktordur”. 

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri