10 
Avq
2022
17:04
519
18
2943
Virtual karabakh

Qazi: “Kirayədə yaşayırdıq, yanvar ayından yeni mənzilə köçmüşük” - FOTO

10 Avq, 2022
17:04
2943

Qazi: “Kirayədə yaşayırdıq, yanvar ayından yeni mənzilə köçmüşük” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bakı şəhəri Səbail rayonunda kirayə mənzildə yaşayırdım. Yanvar ayından yeni mənzilimizə köçmüşük”.

Bu fikirləri “Report”a açıqlamasında Vətən müharibəsi iştirakçısı, II dərəcəli əlil Vüsal Sadıxov deyib.

O bildirib ki, 2014-cü ildə Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbini bitirib:

“Xüsusi Təyinatlı Dəstəndə kapitan hərbi rütbəsində xidmət etmişəm. Kəlbəcərin azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişəm. Murovdağ istiqamətində düşmənin atdığı minaatan mərmisinin partlaması nəticəsində sol qolum və sol dizimdən ağır yaralanmışam, kəllə-beyin travması almışam. Əvvəllər xidmət etdiyim hərbi hissənin hərbi şəhərciyində yaşayırdım. Döyüşlər zamanı yaralandığıma görə ehtiyata buraxılmışam.

Ailəliyəm, iki övladım var. Yanvar ayından Binəqədi rayonu, Xocasən qəsəbəsində yeni tikilən binada mənə üçotaqlı mənzil verilib. Hazırda orada yaşayırıq”.

V.Sadıxov şəhid ailələrinə və qazilərə göstərilən diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, V.Sadıxov “Vətən müharibəsi iştirakçısı”, “Hərbi xidmətlərə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri