11 
Avq
2022
11:42
19
277
1377
Virtual karabakh

İki yaşlı körpə qan xərçəngi ilə mübarizə aparır - FOTO

11 Avq, 2022
11:42
1377

İki yaşlı körpə qan xərçəngi ilə mübarizə aparır - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2020-ci il təvəllüdlü Məmmədova Gülay Orxan qızı kəskin limfoblast leykemiyadan əziyyət çəkir.

Bu barədə Oxu.Az-a onun anası Məmmədova Ayşən Əli qızı məlumat verib.

O bildirib ki, yaş yarımlıq körpəsi 5 aydır bu xəstəliklə mübarizə aparır:

“Dörd övladım var. Onlardan biri ürək xəstəsidir. Gülay isə leykozdan əziyyət çəkir. Sümük iliyi nəqli hələ deyilməyib. 2-ci kurs kimyaterapiya almalıyıq, lakin maddi imkanımız buna əl vermir. Qızımın bədəni gündən-günə zəifləyir, göyərmələr əmələ gəlir. Halsızlığı var. Bir kurs müalicə bizə 2 000 manata başa gəlir. İmkanlı şəxslərdən xahiş edirəm bizə kömək etsinlər”.

Ailə ilə əlaqə nömrəsi: 050-343-40-02

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri