11 
Avq
2022
15:24
26
166
1972
Virtual karabakh

Bərdədə elektron qolbaq daşıyan məhkum özünü bıçaqlayıb

11 Avq, 2022
15:24
1972

Bərdədə elektron qolbaq daşıyan məhkum özünü bıçaqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdədə bıçaqlanma hadisəsi baş verib.

APA-nın xəbərinə görə, ötən gün rayonun Güloğullar kənd sakini, 1986-cı il təvəllüdlü Hümbətov İsmayıl Möhübbət oğlu bədəninin müxtəlif nahiyələrindən aldığı bıçaq yaraları ilə Bərdə Müalicə-Diaqnostika Mərkəzinə yerləşdirilib.

Mərkəzdən verilən məlumata görə İ.Hümbətova tibbi yardım göstərilib, vəziyyəti stabildir.

Bərdə Rayon Polis Şöbəsindən isə bildirilib ki, İ.Hümbətov yaşadığı evdə ailədaxili münaqişə zəminində özünə xəsarət yetirib.

İsmayıl Hümbətovun məhkumluğunun olduğu, elektron qolbaq daşıdığı deyilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri