11 
Avq
2022
17:21
24
323
5353
Virtual karabakh

Paytaxtda həbsxanada beş məhkum ÖLÜB

11 Avq, 2022
17:21
5353

Paytaxtda həbsxanada beş məhkum ÖLÜB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda beş məhbus həbsdə ölüb.

Lent.az-ın məlumatına görə, hadisə son günlər Penitensiar Xidmətin Bakıdakı müalicə müəssisəsində qeydə alınıb. 

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrum edilmişlər - Arif Şəmilov, Bəhram Cəfərov, Sabbas Ağacanov, Gülağa İmamverdiyev və Aydın Qulamov dünyasını dəyişiblər. 

Onların xəstəlikdən öldüyü bildirilir.

Penitensiar Xidmətdən isə qeyd edilib ki, ayrı-ayrı vaxtlarda dünyasını dəyişən məhkumlar xərçəng və ürək-damar çatışmazlığından əziyyət çəkiblər:

“Məhkumlar uzun müddət xəstəliklə bağlı Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alıb. Ancaq aparılan tibbi yardımlara baxmayaraq adı çəkilən məhkumların həyatını xilas etmək mümkün olmayıb”. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri