11 
Avq
2022
19:25
175
18
2417
Virtual karabakh

Ağdamın baş planı və “Parkhill” barədə sözardı...

11 Avq, 2022
19:25
2417

Ağdamın baş planı və “Parkhill” barədə sözardı...

Bu günlərdə bir sıra yerli mətbuat orqanlarında Ağdamda “Parkhill” özəl şirkəti tərəfindən yaşayış kompleksinin tikintisi ilə bağlı xəbərlər dərc olunub.

Eyni zamanda, bəzi media nümayəndələri guya Ağdam şəhərinin baş planının təsdiq edilmədiyini bildirərək (daha doğrusu, ilkin mənbənin səhvini təkrarlayaraq) tikinti işlərinin demək olar ki, qanunun tələblərə zidd olmasına eyham vurublar.

Əslində isə bu, yalan məlumatdır.

Belə ki, Prezident İlham Əliyevin 2022-ci ilin fevralında Ağdam rayonuna səfəri zamanı bəyan etdiyi kimi, baş plan artıq təsdiqlənib.

Digər tərəfdən, nəzərə alaq ki, özəl investisiyalar və Ağdam rayonunun bərpası üzrə dövlət proqramı paralel proseslərdir, bir-birini inkar edən proseslər deyil. Və əgər dövlət başçısının çağırışına cavab olaraq işğaldan azad edilmiş ərazilərdə tikintiyə sərmayə qoymağa hazır olan özəl investorlar varsa, bunu ancaq alqışlamaq lazımdır. Çünki həm dövlət resursları, həm də özəl sektor səfərbər olunmazsa, Qarabağı yenidən qurmaq çox çətin olacaq.

Bütün deyilənləri nəzərə alaraq, aidiyyəti idarə və təşkilatları son vaxtlar informasiya məkanımızda da tez-tez yayılan dezinformasiyaya qarşı mübarizəni gücləndirməyə çağırırıq. Bu saxta məlumatların cəmiyyətimiz üçün “müqəddəs” mövzuya – Qarabağa toxunmaması üçün hər birimiz əlimizdən gələni etməliyik.

Aqil Vəlili

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri