12 
Avq
2022
11:30
379
669
34721
Virtual karabakh

Məktəbli formalarında rəng dəyişimi BTE-ni özündən ÇIXARTDI: “Beş aydır oturub indi ayılıblar” - YENİLƏNİB

12 Avq, 2022
11:30
34721

Məktəbli formalarında rəng dəyişimi BTE-ni özündən ÇIXARTDI: “Beş aydır oturub indi ayılıblar” - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Artıq orta təhsil müəssisələrinə məktəbli formalarının seçimi ilə bağlı göstəriş verilib. Belə ki, məktəbli formaları üçün bir neçə rəng seçimi olsa da, ağ və göy, açıq və tünd xaki rənglərdəki geyimlərə üstünlük verilib. Artıq direktorlar da bu barədə sinif rəhbərlərinə məlumat veriblər.

Göstərişdə birinci sinif şagirdləri üçün yeni məktəbli formalarından istifadənin mütləq olduğu diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, digər siniflər üzrə bir il müddətində əvvəlki formalardan istifadəyə icazə verilir. Lakin növbəti ildən bütün siniflərdə yeni məktəbli formalarından istifadə məcburi olacaq.

Məktəbli formalarının seçimi ilə bağlı yeni göstəriş Bakı Tikiş Evində narazılıqla qarşılanıb.

Bu barədə Bizim.Media-ya danışan “Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov yeni tədris ilinə az müddət qaldığı bir vaxtda formaların rəng seçimi ilə bağlı göstərişin dəyişdirilməsinin anlaşılan olmadığını deyib:

“Nazirlər Kabinetinin göstərişinə uyğun iki rəngdən istifadə edərək məktəbli formaları istehsal etmişik. İndi isə göstəriş gəlib ki, yalnız ağ və göy, açıq və tünd xaki rənglərindəki geyimlərə üstünlük verilməlidir. Beş aydır oturub-oturub indi ayılıblar. Düşünmürlər ki, bu istehsalatdır və parçaları əvvəlcədən sifariş etmişik. İnsanlar əziyyət çəkib və dayanmadan işləyiblər. İndi də deyirlər ki, dörd rəng seçimindən ikisi olmalıdır. Qalmışıq belə, bilmirik necə olacaq”.

Etibar Əzimovun sözlərinə görə, yeni məktəbli formalarının satışı ilə bağlı avqustun 16-da açılış olacaq və satış nöqtələri barədə məlumat veriləcək.

Qeyd edək ki, təhsilalanların geyim forması oğlan və qızlar üçün ayrı olmaqla qış və yay formalarından ibarətdir.

Xatırladaq ki, bu ilin mart ayında Baş nazir Əli Əsədov “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ni təsdiq edib. 2022/2023-cü tədris ilindən tətbiq ediləcək qərara əsasən, hazırkı geyim formaları tədris ilinin sonunadək istifadədə olacaq.

10:38

Yeni dərs ilinin başlanmasına təxminən bir ay qalıb. Artıq valideynlər məktəbə gedəcək övladları üçün yeni məktəbli formaları almağa hazırlaşırlar. Əvvəlki illərdən fərqli olaraq isə bu il üçün yeni formaların satışı həyata keçiriləcək. Çünki hələ bir müddət Nazirlər Kabineti yeni məktəbli formaları ilə bağlı qərar imzalayıb. Bu sənədin isə geyim formalarının şagirdlərin sağlamlığına xidmət edən qərar olduğu bildirilib.

Mövzu ilə Bakı Tikiş Evinin (BTE) Satış şöbəsinin rəisi Etibar Əzimov “Report”un sorğusuna cavab olaraq deyib ki, hazırda məktəbli formalarının satışa çıxarılması üçün işlər yekunlaşmaq üzrədir.

Onun sözlərinə görə, məktəbli formaları avqustun 16-dan satışa çıxarılacaq. E.Əzimov bildirib ki, Bakı Tikiş Evində məktəbli formaları iki rəngdə (ağ polo, göy şalvar və ətək, mavi polo, boz şalvar, ətək) tikilir. O qeyd edib ki, formalar hazırlandıqdan sonra anbarlara yığılır:

“Tikilən geyimlərin sayı hələ ki məlum deyil. Məktəbli formaları pambıq materialındandır. Bir neçə il istifadə etmək mümkündür. Qiymətlərə gəlincə isə, ötən illərlə müqayisədə qiymətlərdə fərq hiss olunacaq. Artıq valideynlər müraciət edirlər. Geyimləri Bakı Tikiş Evi ilə yanaşı, paytaxtda fəaliyyət göstərən “Bravo” supermarketlər şəbəkəsindən əldə etmək mümkün olacaq”.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində təhsilalanların geyim formalarının təsvirlərini təsdiq edib. Qərar yeni tədris ilindən tətbiq ediləcək. Belə ki, təhsilalanların geyim forması aşağıdakı qış və yay formalarından ibarətdir:

Qızlar üçün yay forması - üçdüyməli qısaqol köynək və ətək;
Oğlanlar üçün yay forması - üçdüyməli qısaqol köynək və şalvar;
Qızlar üçün qış forması - üçdüyməli uzunqol köynək, ətək və ya şalvar, önü bağlanılan cibli jaket;
Oğlanlar üçün qış forması - üçdüyməli uzunqol köynək, şalvar və önü bağlanılan cibli jaket.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri