12 
Avq
2022
16:38
22
86
1123
Virtual karabakh

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

12 Avq, 2022
16:38
1123

Ölkədə bu gün peyvənd olunanların sayı AÇIQLANDI - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 733 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 1 070, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 208 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 836 046, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 674, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 378, üç və daha çox doza vaksin vurduranların sayı 3 350 213, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 781 təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri