13 
Avq
2022
11:42
13
355
3748
Virtual karabakh

Bakının “Milyonerlər məhəlləsi”ndə fəhlə iş yerində öldü

13 Avq, 2022
11:42
3748

Bakının “Milyonerlər məhəlləsi”ndə fəhlə iş yerində öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda fəhlə faciəvi şəkildə ölüb.

Bu barədə Nərimanov Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, avqustun 12-i saat 09 radələrində paytaxtın Nərimanov rayonu, M.Araz 92 (“Milyonerlər məhəlləsi” kimi tanınan küçə) ünvanında 1983-cü il təvəllüdlü Aqil Əliyevin fəhlə kimi işlədiyi üçmərtəbəli binanın zirzəmisində elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri