13 
Avq
2022
15:49
22
77
1140
Virtual karabakh

“Gəncliyimiz” yay düşərgəsinə qeydiyyat başladı

13 Avq, 2022
15:49
1140

“Gəncliyimiz” yay düşərgəsinə qeydiyyat başladı

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə yay tətilini daha səmərəli və əyləncəli keçirmək məqsədilə “Gəncliyimiz” yay düşərgəsinə qeydiyyat başlayır.

Oxu.Az xəbər verir ki, düşərgənin keçirilməsində əsas məqsəd Gənc könüllülərin asudə vaxtlarını səmərəli keçirmələri, fərdi inkişaflarına təkan vermək, həmçinin peşəkar mentorların təqdimatında təlim və seminarların sayəsində zəruri bilik, bacarıq və səriştələrinin artırılmasıdır.

1 - 5 sentyabr 2022-ci il tarixlərində Naftalan şəhərində həyata keçiriləcək düşərgə çərçivəsində gənc könüllülər qeyri-formal təhsil metodikası formatında könüllülük, təqdimat bacarıqları, ünsiyyət bacarıqları və könüllülərin inkişaf prosesinə dəstək məqsədli bir çox təlim və seminarlarda iştirak edəcəklər.

Düşərgə müddətində iştirakçılar üçün komanda ruhu formalaşdıran oyunlar, intellektual yarışlar, musiqili-əyləncəli proqramlar təşkil olunacaq.

Əgər sən də peşəkar və şəxsi zəmində təkmilləşmək, əylənərək öyrənmək, yeni dostluqlar qazanmaq istəyirsənsə, qeydiyyatdan keçməyə tələs. Qeydiyyat linki: bit.ly/3PpVOWW

Qeyd edək ki, düşərgəyə yalnız cari fəaliyyət göstərən gənc könüllülər müraciət edə bilərlər. Son müraciət tarixi 25 avqust saat 23:59-dur.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri