15 
Avq
2022
10:00
110
325
27419
Virtual karabakh

Unun qiyməti ilə bağlı mühüm xəbər - VİDEO

15 Avq, 2022
10:00
27419

Unun qiyməti ilə bağlı mühüm xəbər - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda buğda istehsal edən fermerlərə dəstək üçün tədbirlər görüləcək. Bu isə buğda istehsalının genişləndirilməsi ilə yanaşı, una olan tələbatın ödənilməsinə kömək edəcək.

Xezerxeber.az-ın məlumatına görə, 50 hektar torpaq sahəsi olan, eyni zamanda, burada müasir suvarma sistemləri quraşdıran fermerlər ərzaqlıq buğda istehsalı ilə bağlı fəaliyyət planına qoşulmaq üçün Kənd Təsərrüfatı Nazirliyinə müraciət edə bilərlər.

Mövzu ilə bağlı danışan ekspert Rəşad Həsənov hesab edir ki, yeni mexanizm ərzaqlıq buğda istehsalı ilə özünütəminat səviyyəsinə müsbət təsir göstərəcək.

Azərbaycan ərzaqlıq buğda təminatının 90 faizinin idxaldan asılı olduğunu nəzərə alsaq, bu proses ölkədə unun və un məhsullarının qiymətinin ucuzlaşmasına təsir göstərəcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri