15 
Avq
2022
11:56
13
120
1412
Virtual karabakh

İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub: Ölən var - VİDEO

15 Avq, 2022
11:56
1412

İsmayıllıda minik avtomobili ilə yük maşını toqquşub: Ölən var - VİDEO

İsmayıllı rayonunda minik avtomobili ilə yük maşını toqquşub.

“Report”un əldə etdiyi məlumata görə, hadisə avqustun 14-ü saat 13:50-də rayonun Ruşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Əsədov Hafis Sabir oğlunun idarə etdiyi VAZ-21011 markalı avtomobillə qarşı tərəfdən hərəkət edən, 1967-ci il təvəllüdlü Fəhradov Mürsəl Xıdırnəbi oğlunun idarə etdiyi MAN markalı yük maşını toqquşub. Nəticədə VAZ-21011 markalı avtomobilin sürücüsü H.Əsədov hadisə yerində ölüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi cinayət işi başlanılıb, istintaqı aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri