14 
Fev
2015
11:10
68
257
23787
Virtual karabakh

Bakıda sərxoş qadın polislərə hücum çəkdi – FOTO

14 Fev, 2015
11:10
23787

Bakıda sərxoş qadın polislərə hücum çəkdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

M.K. 37-ci bölməyə aparıldı.

Bakıda sərxoş vəziyyətdə olan qadın sürücü yol polislərinə tabe olmayıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində qeydə alınıb.

Belə ki, yol polisləri tərəfindən qayda pozduğu üçün saxlanılan “KİA” markalı avtomobilin sürücüsü M.K. yoxlanılan zaman onun maşını sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.

Xanım sürücüyə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin əməkdaşları qanunla protokol tərtib etmək istəyən zaman isə o, hüquq-mühafizə orqanlarının işçilərinə tabesizlik göstərib.

Sürücü, həm də onları söyüş söyməklə təhqir edib.

M.K. hadisə yerinə çağırılan Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə aparılıb.

Sürücünün qayda pozuntuları barədə protokol tərtib olunandan sonra etdiyi hərəkətlərə də hüquqi qiymət veriləcək.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri