15 
Avq
2022
12:23
104
59
8295
Virtual karabakh

İsti hava şəraiti nə vaxta qədər davam edəcək?

15 Avq, 2022
12:23
8295

İsti hava şəraiti nə vaxta qədər davam edəcək?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində müşahidə olunan isti hava şəraitinin avqustun 20-dək davam edəcəyi, mülayim cənub-şərq küləyinin əsəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-39, bəzi yerlərdə 40, rayonlarda 35-40, Mərkəzi Aran və Naxçıvan MR-in bəzi yerlərində 41-42, dağlarda isə 27-32 dərəcəyədək yüksələcəyi proqnozlaşdırılır.

Avqustun 14-də ölkə ərazisində havanın temperaturu iqlim normasından 3,8 dərəcə çox olub. Belə ki, maksimal temperatur Bakıda və Abşeron yarımadasında 38,5, aran rayonlarında isə 40,3 dərəcəyə çatıb.

“Aparılan çoxillik müşahidələrə görə, son illərdə Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturu 2017-ci il avqustun 9-da 42,6 dərəcə qeydə alınıb”.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri