15 
Avq
2022
14:18
35
253
5599
Virtual karabakh

Bərdədə 14 yaşlı qızla cinsi əlaqədə olmaqda şübhəli bilinən şəxs müəyyən edilib - DİN-dən AÇIQLAMA

15 Avq, 2022
14:18
5599

Bərdədə 14 yaşlı qızla cinsi əlaqədə olmaqda şübhəli bilinən şəxs müəyyən edilib - DİN-dən AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda yeniyetmə qızın hamiləliyinin sonlandırılması ilə bağlı araşdırma nəticəsində bir nəfər şübhəli şəxs müəyyən edilib.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı bildirib ki, faktla bağlı Bərdə Rayon Polis Şöbəsində aparılan araşdırma nəticəsində qeyd edilən faktla bağlı bir nəfər yetkinlik yaşına çatmayan şəxs müəyyən edilib:

“Bərdə Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət məcəlləsinin 152.1-ci maddəsi (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri