15 
Avq
2022
22:29
30
456
5860
Virtual karabakh

FHN Qəbələdə baş vermiş yanğınla bağlı son məlumatları AÇIQLADI – YENİLƏNİB + FOTO/VİDEO

15 Avq, 2022
22:29
5860

FHN Qəbələdə baş vermiş yanğınla bağlı son məlumatları AÇIQLADI – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəbər verildiyi kimi, Qəbələ rayonunun Abrıx və Tikanlı kəndləri yaxınlığında dağlıq ərazidəki meşə sahəsində yanğın baş verib.

Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Ərazinin yüksək, havanın isə isti və küləkli olmasının yanğınsöndürmə işlərini çətinləşdirməsinə baxmayaraq, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində işlər aparılır.

Ərazidə kol-kos, quru ot və ağaclar yanır. Yanğınsöndürmə əməliyyatında FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, Aviasiya dəstəsinin helikopteri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edir.

Əlavə məlumat veriləcək.

18:00

Qəbələ rayonunun Tikanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivinin yanması ilə əlaqədar yeni məlumatlar üzə çıxıb.

Qəbələ RİH-dən Oxu.Az-a verilən açıqlamada bildirilib ki, təxminən bir hektara yaxın meşəlik ərazi yanıb.

Əraziyə yanğınsöndürənlər və işçi qrupu cəlb edilib. Yanğının lokallaşdırılması üçün iş aparılır.

Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov bildirib ki, Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur:

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

16:58

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

O, “Report”a bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:

“Hazırda ETSN və FHN əməkdaşları yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.

16:46

Qəbələ rayonunda meşə ərazisində yanğın başlayıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, rayonun Tikanlı kəndinə yaxın ərazidə yerləşən meşə massivi yanır.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və meşə təsərrüfatı işçiləri cəlb olunublar. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri