15 
Avq
2022
20:05
352
68
12224
Virtual karabakh

DİN-dən yerli sakinlərin Laza kəndində yolu bağlaması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

15 Avq, 2022
20:05
12224

DİN-dən yerli sakinlərin Laza kəndində yolu bağlaması ilə bağlı AÇIQLAMA – YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qəbələ rayonu Laza kəndində sakinlərin yolu bağlaması ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a bildirib ki, Qəbələ rayonunun Laza kəndində yolun darlığı avtomobillərin hərəkətində çətinliyə səbəb olub və buna görə yerli sakinlərlə gələn turistlər arasında sözlü mübahisə yaranıb.

Əraziyə cəlb edilən polis əməkdaşları, eləcə də digər aidiyyəti qurumların əməkdaşları həmin şəxslərlə profilaktik söhbət aparıb və görülən zəruri tədbirlərlə nəqliyyatın axını bərpa edilib.

Həmin vaxt hər hansısa bir insident qeydə alınmayıb.

İlhamə Əbülfət

18:22

Qəbələnin Laza kəndində yerli sakinlər yolu bağlayaraq turistləri kəndə buraxmayıblar.
Hadisə avqustun 14-də baş verib. 

Kəndə turist kimi gələn şəxslərin qarşısını kəsən sakinlər onlardan avtomobildən istifadə etməməyi tələb ediblər. 

Bu addımı isə kənd yollarında yaranan sıxlığına görə atdıqlarını deyiblər.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri