16 
Avq
2022
09:10
7
364
5108
Virtual karabakh

Ana qeysəriyyə əməliyyatından sonra öldü

16 Avq, 2022
09:10
5108

Ana qeysəriyyə əməliyyatından sonra öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəran Regional Perinatal Mərkəzində ana doğuş zamanı ölüb.

APA-nın verdiyi məlumata görə, Astara rayon Rüdəkənar kənd sakini 1996-cı il təvəllüdlü Elmirə Əhədli 3-cü uşağı dünyaya gətirmək üçün regional mərkəzə aparılıb.

Xəstə müayinə olunduqdan sonra 3-cü qeysəriyyə əməliyyatına aparılıb.

Əməliyyatdan sonra ana və körpənin vəziyyətləri normal olub.

Təqribən bir saatdan sonra hər ikisinin vəziyyəti pisləşib.

Həkimlər körpənin həyatını xilas etsələr də, ana xəstəxanada vəfat edib.

Yeni doğulan körpənin vəziyyəti hazırda ağır qiymətləndirilir.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri