14 
Fev
2015
14:48
88
23
1228
Virtual karabakh

Azərbaycan 54 iranlı məhbusu təhvil verib

14 Fev, 2015
14:48
1228

Azərbaycan 54 iranlı məhbusu təhvil verib

14 azərbaycanlı İran həbsxanalarındadır.

Azərbaycan həbsxanalarında olan 54 iranlı məhbus ötən ilin mart ayından etibarən İrana təhvil verilib. 

Oxu.Az-ın Trend-ə istinadən məlumatına görə, bu barədə İran Ədliyyə Nazirliyinin müşaviri Şahrux Hidayəti ISNA agentliyinə bildirib.

Onun sözlərinə görə, İran isə bu müddətdə həbsdə olan iki Azərbaycan vətəndaşını bu ölkəyə ekstradisiya edib.

Ötən ilin dekabr ayında adının açıqlanmasını istəməyən mənbə Trend-ə bildirmişdi ki, hazırda 130 iranlı Azərbaycanın cəzaçəkmə müəssisələrində saxlanılır və 52 İran vətəndaşı müxtəlif ittihamlar üzrə məhkəmə qərarını gözləyir. 14 azərbaycanlı isə İran həbsxanalarındadır.

Ş.Hidayəti qeyd edib ki, ötən ilin mart ayından etibarən xarici ölkələrin həbsxanalarında olan 116 iranlı ölkəyə təhvil verilib: 

“Bu müddətdə İran həbsxanalarında olan 25 xarici vətəndaş, o cümlədən 19 Əfqanıstan, 2 Türkmənistan, 1 Türkiyə və 1 Bolqarıstan vətəndaşı ölkələrinə təhvil verilib”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri