16 
Avq
2022
12:36
13
75
1602
Virtual karabakh

İş yerini qarşılıqlı dəyişdirən müəllimlərə nazirlikdən bildiriş göndərilib

16 Avq, 2022
12:36
1602

İş yerini qarşılıqlı dəyişdirən müəllimlərə nazirlikdən bildiriş göndərilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elm və Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifələrinə göndərilib.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, müsabiqə üzrə ilk dəfə 202 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.

Qeyd edək ki, İnsan Resursları Mərkəzi tərəfindən həyata keçirilən bu layihə insan resurslarının idarə edilməsində dünyada bir ilkdir. Layihə dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlərə elektron platforma vasitəsilə iş yerini qarşılıqlı olaraq dəyişdirmək imkanı verir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri