16 
Avq
2022
17:27
221
78
4615
Virtual karabakh

Lazada turistləri kəndə buraxmadılar, iki nəfər saxlanıldı - TƏFƏRRÜAT

16 Avq, 2022
17:27
4615

Lazada turistləri kəndə buraxmadılar, iki nəfər saxlanıldı - TƏFƏRRÜAT

Qəbələnin Laza kəndi yaxınlığında insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bir neçə gün əvvəl polis əməkdaşları Laza kəndində “Ural” markalı yük avtomobilinin Dəmiraparan çayının içi ilə dağın zirvəsinə doğru hərəkət etdiyini və yük yerində 20-25 nəfər daşıdığını aşkar ediblər. Dərhal yük maşını saxlanılıb.

Məlum olub ki, avtomobilin sənədləri qaydasında deyil, texniki təhlükəsizlik qaydalarına əməl olunmayıb. Həmçinin sürücü kabinəsində olan iki nəfər özlərini tur rəhbəri kimi təqdim edərək səs-küy salıb. Bu zaman insident baş verib və polis əməkdaşları onlara müqavimət göstərən şəxsləri saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.

Buradakı araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Vüqar Kərimov və Elman Salmanov adlı vətəndaşlardır. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmədə bildirilib ki, saxlanılan şəxslər Lazadan Mucuq şəlaləsinə turistləri hər birindən 20 manat müqabilində texniki tələblərə cavab verməyən “Ural” markalı yük maşının kuzasında aparırmışlar.

Onlar bildiriblər ki, Mucuq şəlaləsinə qalxan yolu əl əməyi ilə açıblar və xeyli iş görüblər.

Məhkəmə saxlanılan şəxslərin hər ikisinə pul cəriməsi təyin edərək sərbəst buraxıb.

Qeyd edək ki, son günlərdə DYP əməkdaşları Laza kəndində yaşamayan şəxsləri kənd ərazisinə avtomobillə buraxmır. Bu məsələ ilə bağlı ərazidə dəfələrlə gərginlik yaranıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri