17 
Avq
2022
19:53
161
224
2246
Virtual karabakh

Diaspor nümayəndələrinin Şuşaya altıncı səfəri başa çatıb - YENİLƏNİB + FOTO

17 Avq, 2022
19:53
2246

Diaspor nümayəndələrinin Şuşaya altıncı səfəri başa çatıb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə tətillərini Azərbaycanda keçirməyə üstünlük verən 18 ölkədən 100-ə yaxın diaspor nümayəndəsinin Şuşaya növbəti səfəri başa çatıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, ölkəmizin mədəniyyət paytaxtına aparan yol boyu əllərində Azərbaycan bayraqlarını dalğalandıran soydaşlarımız öz sevinclərini Qarabağa həsr olunmuş xalq və bəstəkar mahnılarını birgə oxumaqla nümayiş etdiriblər.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində altıncı dəfə gerçəkləşən səfər çərçivəsində diaspor nümayəndələri Şuşanın baş meydanı “Bazarbaşı”nı, Cıdır düzünü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydanı, Şuşa Bəyannaməsinin imzalandığı məkanı, Xurşidbanu Natəvanın evini, “Xan qızı bulağı”nı, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə Qapısını, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidlərini və digər görməli yerləri ziyarət edib, post-müharibə dövründə qədim şəhərimizdə aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olublar.

Səfərin sonunda ənənəyə uyğun olaraq diaspor nümayəndələri Cıdır düzündə Azərbaycan bayrağı açıb, “Yallı” sədaları altında rəqs ediblər. Onlar bu xoşbəxtliyi xalqımıza bəxş edən Müzəffər Ali Baş Komandana və Azərbaycan Ordusuna təşəkkür ediblər.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr), 2022-ci ildə isə bir dəfə (26 iyul) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” şüarı ilə reallaşan səfərlər Azərbaycan diaspor tarixinin ən mühüm hadisələrindən biridir.

09:52

Tətillərini Azərbaycanda keçirməyə üstünlük verən diaspor nümayəndələrinin Şuşaya altıncı səfəri təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində baş tutan səfərdə 18 ölkədən 98 diaspor nümayəndəsi iştirak edir.

Səfər proqramına “Bazarbaşı”, Cıdır düzü, erməni vandalizminə məruz qalmış “Güllələnmiş heykəllər”in olduğu meydan, Şuşa Bəyannaməsinin imzalandığı məkan, Xurşidbanu Natəvanın sarayı, “Xan qızı bulağı”, Molla Pənah Vaqifin məqbərəsi, Üzeyir Hacıbəyovun heykəli, Bülbülün ev-muzeyi, Gəncə Qapısı, Saatlı, Aşağı və Yuxarı Gövhər ağa məscidləri və digər görməli yerlərin ziyarəti daxil edilib. Eyni zamanda diaspor üzvləri post-müharibə dövründə mədəniyyət paytaxtımızda aparılan yenidənqurma və abadlıq işləri ilə tanış olacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi.

Xatırladaq ki, Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr), 2022-ci ildə bir dəfə (26 iyul) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib. “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” şüarı altında reallaşan səfərlər Azərbaycan diaspor tarixinə yazılmış ən mühüm hadisələrdən biridir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri