17 
Avq
2022
13:52
140
6
1799
Virtual karabakh

Məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğuru - FOTO

17 Avq, 2022
13:52
1799

Məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadasında növbəti uğuru - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İndoneziya Respublikasının Cokyakarta şəhərində 34-cü Beynəlxalq İnformatika Olimpiadası (IOI 2022) keçirilib. 88 ölkədən 349-dan çox şagirdin qatıldığı olimpiadada azərbaycanlı məktəblilər ölkəmizi uğurla təmsil ediblər. Belə ki, olimpiadada iştirak edən Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin XI sinif şagirdi Səid Nəsibov bürünc medal əldə edib.

Oxu.Az-ın məlumatına görə, Olimpiada Cokyakarta şəhərində 7-15 avqust 2022-ci il tarixlərində keçirilib.

Fidan Hüseynova, Fuad Qarayev, Ömər Əfəndi və Səid Nəsibovun iştirakçısı olduğu komandanın rəhbəri Rəşad Məmmədov, rəhbər müavini isə İbrahim Tağızadə olub.

Onu da bildirək ki, məktəblilərimizin informatika fənni üzrə  müxtəlif beynəlxalq olimpiadalara dair uğurlu nəticələri son bir neçə ildə daha da artıb: 2014-cü ildən etibarən şagirdlərimiz ölkəmizə 1 qızıl, 11 gümüş və 36 bürünc medal gətirib.

Emilya Tağıyeva

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri