17 
Avq
2022
18:47
38
329
5098
Virtual karabakh

Xaçmazda yanğınların söndürülməsinə yanğın qatarı cəlb olunub - YENİLƏNİB + FOTO/VİDEO

17 Avq, 2022
18:47
5098

Xaçmazda yanğınların söndürülməsinə yanğın qatarı cəlb olunub - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məlumat verildiyi kimi, Azərbaycanın Şimal və Şimal-qərb regionlarında meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların söndürülməsi tədbirləri davam etdirilir. Hazırda Qəbələ, Şabran və Xaçmazda yanğınların nəzarətə götürülərək soyudulması işləri aparılır.

Bu barədə FHN məlumat yayıb. Məlumata görə, Xaçmazda yanğınsöndürmə işlərinin effektli aparılması üçün su ehtiyatını təşkil etmək məqsədilə əraziyə yanğın qatarı gətirilib.

Bu saata olan məlumata görə, respublika üzrə 110 yanğına çıxış qeydə alınıb ki, onun da 32-si Şimal bölgəsinin payına düşür.

Qeyd edək ki, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir. İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınla mübarizə tədbirlərinə hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Daxili İşlər Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

17:49

Xaçmazın Xudat şəhəri ərazisində baş verən yanğınla bağlı nəqliyyatın təhlükəsiz hərəkət etməsi üçün yollarda postlar qurulub.

“Report”un Şimal bürosu xəbər verir ki, Xaçmazın Xudat şəhərinin “4-cü şöbə” adlanan ərazisində biçilmiş taxıl sahəsində başlayan yanğın genişlənərək meşə massivinə keçib.

Məlumata görə, yanğın 30 hektara yaxın ərazini əhatə edir və ətraf ərazilərdə təhlükəsizlik tədbirləri həyata keçirilir.

Bundan başqa, Xudat-Xaçmaz magistralında hər iki istiqamətdə avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədi ilə müvəqqəti postlar qoyulub.

Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Xaçmaz və Qusar Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən avtomobilləri, texnikaları və canlı qüvvəsi cəlb edilib.

15:44

Xaçmaz-Xudat yolunun kənarında yanğın başlayıb.

APA-nın verdiyi məlumata görə, alov “4 şöbə” deyilən ərazidə, yolun kənarında yerləşən meşə zolağında qeydə alınıb.

Əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi üçün zəruri işlər davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri