17 
Avq
2022
16:47
93
33
1401
Virtual karabakh

Həkim: “Günəş şüalarının faydaları ilə yanaşı, yan təsirləri də var”

17 Avq, 2022
16:47
1401

Həkim: “Günəş şüalarının faydaları ilə yanaşı, yan təsirləri də var”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“D vitamininin insan immun sistemi üçün nə qədər vacib olduğunu pandemiya zamanı bir daha müşahidə etdik”. 

Oxu.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev nazirliyin rəsmi “Instagram” hesabında canlı yayım zamanı deyib. 

Həkim qeyd edib ki, D vitaminin yüksək olduğu insanlar xəstəliyi yüngül keçiriblər: 

“Xəstəliyi ağırlaşan şəxslərdə isə D vitamini əskikliyi müşahidə olunub. D vitamininin əsas qaynağı isə günəşdir. Lakin günəş şüalarının faydaları ilə yanaşı, yan təsirləri də var”. 

Z.Quliyev vurğulayıb ki, günəş şüaları insan dərisində günəş yanıqlarına, həmçinin günvurmaya, uzunmüddətli təsir nəticəsində isə dəri xərçənginə səbəb ola bilər: 

“Ən ideal günəşlənmə vaxtı səhər saat 10:00-a qədər və günorta 17:00-dan sonra olan saatlardır. Saat 10:00-dan 17:00-a qədər günəş vannası qəbul etmək insan orqanizmi və dərisi üçün xeyli zərərlidir”.

Aysel Aslanqızı

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri