17 
Avq
2022
16:37
27
96
1272
Virtual karabakh

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

17 Avq, 2022
16:37
1272

Ölkədə COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1791 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 261, üç və daha çox doza vaksin vurduranların sayı 1057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 172 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 842 888, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 329, üç və daha çox doza vaksin vurduranların sayı 3 354 294, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 488 təşkil edir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri