17 
Avq
2022
17:40
275
19
3509
Virtual karabakh

“Qarabağ”ın oyununa qanunsuz bilet satanlar ƏLƏ KEÇDİLƏR

17 Avq, 2022
17:40
3509

“Qarabağ”ın oyununa qanunsuz bilet satanlar ƏLƏ KEÇDİLƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin oyunları çərçivəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan yeddi nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxsin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb. 

Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib. 

Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Viktoriya” matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri