17 
Avq
2022
20:35
19
308
4220
Virtual karabakh

Göygöl rayonunda göldə batan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

17 Avq, 2022
20:35
4220

Göygöl rayonunda göldə batan şəxsin kimliyi məlum olub – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə batan şəxsin kimliyi məlum olub.

Oxu.Az xəbər verir ki, Duzlu göl adlanan ərazidə batan şəxs 1997-ci il təvəllüdlü, Daşkəsən rayon sakini Mustafayev Ramin Rasim oğludur. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşları gəlib. 

Batan şəxsin meyidi göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

19:57

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə batan bir nəfərin axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

19:03

Göygöl rayonunun Ağdağ qəsəbəsi ərazisində, göldə bir nəfərin batıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri