18 
Avq
2022
15:23
36
181
4627
Virtual karabakh

Sumqayıtda dənizdən meyiti tapılan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB

18 Avq, 2022
15:23
4627

Sumqayıtda dənizdən meyiti tapılan şəxsin kimliyi bəlli oldu - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sumqayıtda dənizdən meyiti tapılan şəxsin kimliyi bilinib.

Oxu.Az-ın məlumatına görə, meyiti tapılan şəxs 2004-cü il təvəllüdlü Cəfərova Mələk Eldar qızıdır. Onun intihar etdiyi ehtimal edilir.

M.Cəfərovanın meyitini sudan çıxaran zaman üzərində cins şalvar, sarı köynək olub.

O, Sumqayıtdakı kolleclərdən birinin tələbəsi olub.

13:48

Sumqayıtda bir nəfər dənizdə boğularaq ölüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən bir km aralı, nəzarətsiz ərazi) bir nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən meyit sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri