19 
Avq
2022
11:02
18
117
1326
Virtual karabakh

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə neçə elektron arayış verilib?

19 Avq, 2022
11:02
1326

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə neçə elektron arayış verilib?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 346 minə yaxın elektron arayış verilib.  

Son 4 ildə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30-dək elektron arayış növü istifadəyə verilib.

Nazirliyin e-xidmətləri vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan yaradır.

Hazırda Nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən son 7 ayda nazirliyin informasiya bazalarına edilən sorğu sayı 120 milyon 654 min olub.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri