19 
Avq
2022
13:20
242
15
3970
Virtual karabakh

Bakıda dünyaya gələn beşəmlərin vəziyyəti AÇIQLANDI

19 Avq, 2022
13:20
3970

Bakıda dünyaya gələn beşəmlərin vəziyyəti AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda dünyaya gələn beşəmlərin son vəziyyət  açıqlanıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

Qeyd edilib ki, avqustun 11-də doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir:

“Beşəmlərin hər birinin vəziyyəti ağır stabildir, hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar.

Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub “CPAP” rejimində respirator tənəffüs dəstəyi alırlar, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir”.

Qeyd edək ki, körpələr - 1 260, 1 020, 1 030, 1 300, 1 180 qram olmaqla doğulublar.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri