24 
Avq
2022
13:46
34
316
9498
Virtual karabakh

Arvadıyla görüş tələb edən Ağdam sakini partlatdığı qumbaranı Qarabağdan gətirib – YENİLƏNİB

24 Avq, 2022
13:46
9498

Arvadıyla görüş tələb edən Ağdam sakini partlatdığı qumbaranı Qarabağdan gətirib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gecə Sabunçu rayonu Pirşağı qəsəbəsində 1983-cü il təvəllüdlü Ağdam rayon sakini İntizam Nəcəfovun törətdiyi hadisə ilə bağlı bəzi məqamlar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 03 radələrində baş verib. Belə ki, İ. Nəcəfov iki qumbara götürərək keçmiş ailəsinin yaşadığı ünvana gedib. O, əvvəlcə qumbaraların birini evin divarı yaxınlığına atıb və keçmiş arvadının küçə qapısını açmasını tələb edib. Partlayış səsinə qonşular gəlib və dərhal polisə məlumat verilib. İntizam Nəcəfova ikinci qumbaranı partlatmağa imkan verilməyib, həmçinin onun keçmiş ailə üzvləri qapını açmayaraq evdə gizləniblər.

Bildirilir ki, İ. Nəcəfov işğaldan azad edilmiş ərazidə işləyib və qumbaraları da orada tapdığını deyib. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib.

İnsidentin baş verdiyi ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib.

09:00

Sabunçu rayonu Pirşağı qəsəbəsində vətəndaş üzərində olan qumbaranı partladıb.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, bu gün səhər saatlarında 1983-cü il təvəllüdlü, Ağdam rayon sakini İntizam Nəcəfov ailəsinin ondan imtina etdiyi üçün üzərində olan qumbaranı yaşayış ünvanında partladaraq həyat yoldaşı ilə görüş tələb edib.

Polis əməkdaşlarının çevik müdaxiləsi və görülən tədbirlərlə həmin şəxs zərərsizləşdirilərək digər qumbaranın partladılması zamanı ərazidə təhlükəsizlik tədbirləri təmin edilib. Hadisədə xəsarət alan yoxdur.

Həmin şəxs saxlanılıb. Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, qısqanclıq zəminində baş verən hadisəni törədən İ.Nəcəfov 12 il əvvəl ailəsindən boşanıb. Birgə nikahdan üç övladı var.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri