25 
Sen
2022
16:12
284
50
2445
Virtual karabakh

“Taksi xidmətlərinə düzgün nəzarət edilmir”-İddia

25 Sen, 2022
16:12
2445

“Taksi xidmətlərinə düzgün nəzarət edilmir”-İddia

Taksi sürücüləri ilə bağlı narazılığın artması hər kəsə məlumdur. Sürücülərin sükan arxasında qeyri-etik hərəkətləri səngimək bilmir.

Ötən həftədə sürücü ilə müştəri arasında yaşanan xoşagəlməz hadisə ilə bağlı sosial şəbəkələrdə informasiya yayılmışdı. Taksi sürücüsü xidmət zamanı yaxınını da maşına almasına haqlı narazılıq bildirən müştəri sürücünün qeyri-etik davranışları ilə qarşılaşıb. Müştərini yarı yolda düşürərək, təhqiramiz ifadələr işlədib. 

Əksinə günü-gündən daha da artmaqdadır. Sürücülər sükan arxasında nəinki maşını, heç özlərini də idarə edə bilmirlər.

Bəs görəsən, həmin şəxsə hüquqi baxımdan hansı cəza düşür? Qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən hüquqşünas Şəmsəddin Əliyevin sözlərinə görə, əxlaq normaları hüquqi pozuntu hesab olunmadığına görə, inzibati və cinayət məsuliyyəti yaratmır:

“Çox təəssüflər olsun ki, bu tip insanlar var. Və sayları da artmaqdadır. Bu kimi hörmətsizlik halları davam edərsə, inzibati məsuliyyət yarana bilər. Bir qədər qatı formada olsa, qatı xuliqanlıq hesab oluna bilər. Belə hallar çox olur. Taksi sürücüsünün etdiyi tərbiyəsizlikdir. Cəmiyyətimizdə bu məsələlər unudulub. İnsanlar konstitusiyaya nəzər yetirməlidirlər. Orada bütün hüquq və azadlıqlar sadalanır. Konstitusiyadakı vəzifələri yerinə yetirə bilməyənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər”.

Ş.Əliyev qeyd edib ki, xuliqanları cinayətə cəlb etmək olar, amma meyarlarını ölçmək lazımdır:

“Daxili İşlər Nazirliyi müvafiq tədbirlər görməlidirləe. Burada hörmətsizlik var. Cəmiyyətin etik davranış qaydaları necə olmalıdır o, yoxdur. Kimsə narahat olursa, bu xuliqanlıqdır. Xuliqanları cinayətə cəlb etmək olar, amma meyarlarını ölçmək lazımdır. Şahid olmalıdır. Əməlinin dərəcəsinə görə, cərimə etmək mümkündür və yaxud da inzibati həbs cəzası olmalıdır”.

Nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev əlavə edib ki, əxlaq məsələləri və ənənələr qanunla tənzimlənmir, bu səbəbdən də rəhbərlər öz işçilərinə xəbərdarlıq etməlidirlər:

“Taksi fəaliyyəti ilə bağlı problemlərlə qarşılaşırıq. Bu problemlərin də həlli istiqamətində araşdırmalar aparmalıyıq. Ümumi baxsaq, pərakəndə şəkildə taksi fəaliyyəti ilə məşğul olmaq hər zaman problemlərin olacağına işarədir. Pərakəndəlik davam etdikcə, bu hallar çoxalacaq. Elə məsələlər var ki, qanunla tənzimlənmir. Buna görə də, rəhbərlər öz işçilərinin hərəkətinə cavabdeh olmalıdırlar.

Bir taksi sürücüsü ayağını pəncərədən çölə çıxarıb, avtomobil idarə edə bilərsə, ona cərimə tətbiq edilə bilər. Lakin cərimələmək o demək deyil ki, o birdə bu tip hərəkətlər etməyəcəklər. Taksi fəaliyyəti nizama salınmalıdır. O zaman bəlkə bu tip neqativ halların qarşısı alına bilər”.

Y.Mustafa əlavə edib ki, xidmət səviyyəsinə düzgün nəzarət edilmir:

“İnsanlar fərqli fərdlərdir. Xidmət kifayət qədər təşkilatlanmış formada deyil. Taksi fəaliyyətinin sadəcə primitiv şəkildə əmələ gələn qurumlardır. Öz sürücülərinə nəzarət, xidmət səviyyəsinə təsir edən göstəriciləri yoxdur. Normal şəkildə şirkətlər olmalıdır. Bu işçilərə də öz təsirini göstərəcək”.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri