Sen
2022
11:32
7
113
1786
Virtual karabakh

Yaşlı kişiləri maşın vurub öldürdü

1 Sen, 2022
11:32
1786

Yaşlı kişiləri maşın vurub öldürdü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ağdaşda və Gəncədə ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, Ağdaşın Ləki kəndində 26 yaşlı Hüseynov Ruslan İslam oğlu idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobillə yolu keçmək istəyən piyada 60 yaşlı Həşimov Əmralı Xurşud oğlunu vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib.

Həmçinin Gəncə şəhər 28 May küçəsində 25 yaşlı Allahverdiyev Şəmil Şöhrət oğlu idarə etdiyi “BMW-320D” markalı avtomobillə piyada, 75 yaşlı Yusubov Həmzə İsa oğlunu vurub. Yaralı yerləşdirildiyi Gəncə Beynəlxalq Xəstəxanasında dünyasını dəyişib.

Hər iki faktla bağlı aidiyyəti üzrə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri