Sen
2022
16:36
18
264
3394
Virtual karabakh

Çarəsiz ananın köməyə ehtiyacı var: “Artıq bir övladımı itirmişəm, daha bir itkiyə dözə bilmərəm” - FOTO

2 Sen, 2022
16:36
3394

Çarəsiz ananın köməyə ehtiyacı var: “Artıq bir övladımı itirmişəm, daha bir itkiyə dözə bilmərəm” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

15 yaşlı qızı İlhamə Nağızadə beta talassemiyanın ağır formasından əziyyət çəkən Günay Əsgərova kömək çağırışı ilə müraciət edib. Qadın artıq ilk övladını onda aşkarlanan qan problemlərinə görə itirib. Buna baxmayaraq, o, təslim olmur və qızını xilas etmək üçün əlindən gələni edir.

2016-cı ildə həmyerlilərinin maddi yardımı sayəsində Almaniyada İ.Nağızadənin sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Lakin qızın vəziyyəti yenidən pisləşib və transplantasiyanın mənfi nəticələrinə görə dərisində zədələnmələr başlayıb.

“Bu ilin mart ayında Almaniyaya getdik, orada bizə dedilər ki, İlhamə klinikada üç aylıq reabilitasiya kursu keçməlidir. Əks halda, qızın orqanı imtina edəcək”, - G.Əsgərova deyir.

Müalicə xərcləri üçün 200 min avro pul lazımdır (359 768 manatdan çox). İlhamənin anası təkbaşına bu məbləği ödəyə bilmir. 

“Mən tənha anayam. İldə 2-3 dəfə Almaniyaya gedirik. Noyabrda isə növbəti müayinənin vaxtıdır. Hər müalicəyə isə 19-29 min avro arası pul xərclənir. Qızımın sağalması üçün dostlardan borc alıram, bankdan kredit götürürəm. Mən maaşımla yalnız kirayə pulunu ödəyə bilirəm”, - deyə o bildirib.

“200 min avro böyük məbləğdir. Amma 35 min adam bizə cəmi 10 manat göndərsə, qızımı xilas edə bilərik. Reabilitasiyadan sonra o, nəhayət, normal yaşaya biləcək. Düzdür, təəssüf ki, gələcəkdə o, ana ola bilməyəcək”, - deyə qadın qeyd edib.

G.Əsgərova bildirir ki, xalqın köməyinə ehtiyacı var:

“Qızım əlaçıdır, ingilis və alman dillərini mükəmməl bilir. Mən artıq bir övladımı itirmişəm və daha bir itkiyə dözə bilmərəm. Hər kəsdən buna biganə qalmamağı xahiş edirəm”.

Günay Əsgərovanın probleminə həssas yanaşmağa və bacardıqca kömək etməyə çağırırıq.

İlhamənin anası ilə 055 989 54 74 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Yardım üçün pulu bank hesabına köçürmək olar: 4169 7377 0706 4693.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri