Sen
2022
16:53
592
34
3749
Virtual karabakh

Reytinq üçün azyaşlıya siqaret çəkdirən taksi sürücüsü saxlanıldı - VİDEO

5 Sen, 2022
16:53
3749

Reytinq üçün azyaşlıya siqaret çəkdirən taksi sürücüsü saxlanıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ötən gün sosial şəbəkələrdə gənc oğlanın azyaşlı uşağa siqaret çəkdirməsi ilə bağlı videogörüntü yayılıb.  

Oxu.Az-ın əldə etdiyi məlumata görə, həmin şəxs taksi sürücüsü Orxan Mustafayevdir.

Daxili İşlər Nazirliyinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, 2000-ci il təvəllüdlü şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb:

“O, ilkin izahatında bildirib ki, azyaşlı onun qohumudur, sosial şəbəkələrdə reytinq qazanmaq, diqqət çəkmək üçün belə bir paylaşım edim. Hazırda araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək”.

Həmin görüntüləri təqdim edirik:

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri