13 
Sen
2017
16:33
332
84
22040
Virtual karabakh

Bakıda metroda dava: Oğlan söyüş söyən qadına şillə vurdu – FOTO

13 Sen, 2017
16:33
22040

Bakıda metroda dava: Oğlan söyüş söyən qadına şillə vurdu – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün təxminən bir saat əvvəl metronun "Koroğlu" stansiyasından "Ulduz"a gedən qatarda sərnişinlər arasında dava düşüb.

Oxu.Az xəbər verir ki, hadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, qatarda qadın sərnişinlərdən biri vaqonda onu itələyən oğlanı söyməyə başlayıb. Qeyri-etik ifadələr işlədən qadın oğlanı qıcıqlandırıb. Oğlan isə onunla mübahisəyə başlayıb. Bu zaman başqa sərnişin araya girib. Nəticədə sərnişinlər arasında dava düşüb və bir-birlərini şillələyiblər.

Qatar "Ulduz" stansiyasına çatanda sərnişinlər qatardan çıxarılıb.

Qeyd edək ki, mübahisə zamanı qatardakı uşaqlar ağlayıb, digər sərnişinlər narahat olublar.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri