Sen
2022
19:27
410
59
5178
Virtual karabakh

Əcnəbi səyyahların Ağdama səfəri başa çatıb – YENİLƏNİB + FOTO/VİDEO

8 Sen, 2022
19:27
5178

Əcnəbi səyyahların Ağdama səfəri başa çatıb – YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xarici səyyahların Ağdama səfəri başa çatıb.

“Report”un Ağdama ezam olunmuş əməkdaşı xəbər verir ki, qonaqlar son olaraq Ağdam Cümə Məscidi və Şəhidlər xiyabanını ziyarət edib.

İbadət evinin işğal tarixindəki acı taleyi onlarda təəssüf hissi yaradıb.

Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.

18:08

Azərbaycanda səfərdə olan beynəlxalq səyyahlar işğaldan azad edilmiş Ağdam rayonunda Qarabağ xanlarının türbələri və yaşayış evi - İmarət kompleksində olublar.

“Report” xəbər verir ki, səyyahlara İmarət kompleksi barədə məlumatlar verilib.

Səyyahlar Xurşidbanu Natəvanın və Pənahəli xanın həyatı barədə, həmçinin erməni işğalı dövründə türbələrdən tövlə kimi istifadə olunması ilə bağlı məlumatlandırılıb.

Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb. Beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Şarl Veleydir.

Beynəlxalq səyahətçilər bundan əvvəl Şuşa şəhərini ziyarət ediblər.

Xatırladaq ki, XVIII əsrə aid bu tarix-memarlıq abidəsi xan nəslinin ilk mülklərindən olmaqla, iki binadan ibarətdir. Saray Azərbaycan ərazisində yayılmış digər xan saraylarından fərqlənərək dəbdəbəli yaşayış evi xüsusiyyəti daşıyıb. Buna görə də, Pənahəli xanın imarəti də adlandırılıb. İşğal edilən ərazilərdəki digər tarixi-mədəni, dini abidələr kimi Pənahəli xanın imarəti də ermənilər tərəfindən təhqir edilib, vandalizmə məruz qalıb. Buradan tövlə kimi istifadə olunub.

Qarabağ xanları Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xan Cavanşirin, eləcə də onların ailə üzvlərinin - Xan qızı, şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın, şair və ictimai xadim Cəfərqulu xan Cavanşirin, xeyriyyəçi, Şuşada Aşağı və Yuxarı Gövhərağa məscidlərini tikdirmiş Gövhərnisə bəyimin, şairə, “Məclisi-üns”ün iştirakçılarından olmuş Xanbikə xanımın qəbirləri burada yerləşir. Xan sarayının yaxınlığında yerləşən və Qarabağ xan nəslinin bir çox nümayəndələrinin dəfn edildiyi İmarət qəbiristanlığı da erməni vəhşiliyinə məruz qalıb.

17:05

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin (səyyah) işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri davam edir.

“Report” xəbər verir ki, onlar Ağdamda ermənilərin keçilməz mif kimi təqdim etdikləri Ohanyan səddinin qalıqları ilə tanış olublar.

Onlara həmçinin minalanmış ərazilər barədə məlumat verilib.

Xarici səyahətçilər Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklərlə yanaşı, şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olurlar.

Qeyd edək ki, beynəlxalq səyahətçilər 3 gün ərzində Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Ötən il dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil olunub. Bu səfərlərdə 25-ə yaxın ölkədən 100-dən çox beynəlxalq səyahətçi iştirak edib.

13:11

Azərbaycana gələn beynəlxalq səyahətçilərin (səyyah) işğaldan azad edilmiş Ağdama səfəri başlayıb.

“Report” xəbər verir ki, səyyahlar Şuşa şəhərini ziyarət edəndən sonra Ağdama yola düşüblər.

Qeyd edək ki, bu gün dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleydir.

Beynəlxalq səyahətçilər bundan əvvəl Şuşa şəhərini ziyarət ediblər.

12:56

Şuşada səfərdə olan beynəlxalq səyahətçilər burada erməni vandalizmi nəticəsində dağıdılmış yerlərdə Azərbaycanın qısa zaman kəsiyində apardığı quruculuq işləri ilə tanış olublar.

“Report” xəbər verir ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdəki dağıntılarla təkbaşına mübarizəsi onları heyrətə gətirib.

Səyyahlar həmçinin Şuşanın möhtəşəm təbiətindən zövq aldıqlarını da bildiriblər.

Sonda Cıdır düzündə olan səyyahlar bu möhtəşəm təbiət mənzərəsinin fonunda xatirə fotoları çəkdiriblər.

11:52

Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

“Report” xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veley olub.

Beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə yollanıblar. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və təbiəti ilə tanış olacaqlar.

Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.

Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu sayca 4-cü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.

{gallery}

09:58

Bu gündən etibarən üç gün ərzində 20-dən çox ölkədən 40 nəfərə yaxın beynəlxalq səyahətçi Qarabağ və Şərqi Zəngəzura səfər edəcək.

“Report” xəbər verir ki, heyətin rəhbəri dünyanın ən nəhəng dörd səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Çarlz Veleydir.

Beynəlxalq səyahətçilər üç gün ərzində avtomobillərlə - sentyabrın 8-də Şuşa-Ağdam, sentyabrın 9-da Füzuli-Xocavənd, sentyabrın 10-da Zəngilan (Ağalı kəndi) - Cəbrayıl (Xudafərin körpüsü) marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasına dair müstəsna əhəmiyyət daşıyır.

Qeyd edək ki, ötən bir ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), “Nomadmania” klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura üç dəfə səfərləri təşkil edilib.

Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu, sayca dördüncü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edirlər.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri