12 
Sen
2022
12:36
187
17
2847
Virtual karabakh

“Azərbaycanda Özbəkistan mətbəxi həftəsi” festivalı keçirilir - FOTO

12 Sen, 2022
12:36
2847

“Azərbaycanda Özbəkistan mətbəxi həftəsi” festivalı keçirilir - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

10 sentyabr 2022-ci il tarixindən etibarən Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi “Turizmin və milli mətbəxin inkişafına dəstək” İctimai Birliyi ilə birgə “Azərbaycanda Özbəkistan mətbəxi həftəsi” festivalını keçirir.

Bu, sayca üçüncü oxşar festivaldır.

“Azərbaycanda Özbəkistan mətbəxi həftəsi” festivalı hər il peşəkar və həvəskar kulinariya mütəxəssisləri, fud-bloqerlər, həmçinin “Facebook” sosial şəbəkəsində “Azeri Home Chef” qrupunun üzvləri arasında müsabiqə şəklində keçirilir.

Müsabiqənin şərtlərinə əsasən, birinci onlayn mərhələdə onun iştirakçıları özbək yeməklərini bişirməli, onları gözəl bəzəməli, prosesin foto və ya videosunu çəkərək “Facebook” sosial şəbəkəsindəki səhifələrində dərc etməlidirlər.

Müsabiqənin birinci mərhələsinin nəticələrinə əsasən, Özbəkistan səfirliyinin diplomatlarından, Bakıdakı restoranlarda çalışan özbək aşpazlardan və “Turizmin və milli mətbəxin inkişafına dəstək” İctimai Birliyinin nümayəndələrindən ibarət münsiflər heyəti hazırlanan ən yaxşı yeməkləri seçəcək və onları hazırlayanlar finalda yarışacaqlar.

Müsabiqənin final mərhələsi 22 sentyabr 2022-ci il tarixində Bakının nüfuzlu “Şərq bazarı” ticarət kompleksində keçiriləcək.

Finalda müsabiqə iştirakçıları qeyri-adi özbək yeməklərini təqdim edəcəklər. Həmçinin bu mərhələdə konsert proqramı, viktorinalar da təşkil edəcəklər.

Bütün finalçıları müsabiqənin sponsorların tərəfindən hədiyyələr və əsas mükafat olaraq Özbəkistana səyahət gözləyir.

Qeyd edək ki, artıq bu müsabiqədə fəal iştirak müşahidə olunur, ilk iki gündə iştirakçılar 200-dən çox özbək yeməyi hazırlayıblar. Eyni zamanda, müsabiqənin cari mövsümü foto və videoların keyfiyyəti və ən müxtəlif və nadir özbək yeməklərinin təqdimatı ilə seçilir.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri