12 
Sen
2022
17:48
308
44
1174
Virtual karabakh

Polis mayoru: “Şagirdi məktəblərə gətirən valideyn 100-150 metr məsafəni piyada qət etmək istəmir” - FOTO

12 Sen, 2022
17:48
1174

Polis mayoru: “Şagirdi məktəblərə gətirən valideyn 100-150 metr məsafəni piyada qət etmək istəmir” - FOTO

“Tıxacların yaranmasının subyektiv və obyektiv səbəbləri var. Qısa müddət sonra məktəblərdə və ali təhsil müəssisələrində yeni tədris ilinin başlanması da yollarda hərəkət intensivliyinin artmasına səbəb olacaq”.

Bu fikirləri Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında nəqliyyatın sıxlığı ilə mövzuya münasibət bildirərkən deyib.

Şöbə rəisi tıxacların yaranmasının obyektiv səbəblərinə aydınlıq gətirib:

“Bütün böyük şəhərlərdə tıxaclar olur, bura Bakı da daxildir. Nəzərə almaq lazımdır ki, Bakı son 10 il ərzində böyük inkişaf yolu keçib. Bununla paralel olaraq nəqliyyat vasitələrinin, eləcə də paytaxt əhalisinin sayı da kifayət qədər artıb. Bura ölkəmizə səfər edən turistləri də əlavə etsək və bütün bu şəxsləri hərəkət iştirakçısı kimi nəzərə alsaq, təbii ki az-çox şəhərdə sıxlığa səbəb olan amillərdəndir”.

R.Tağıyev nəqliyyatın sıxlığına səbəb olan subyektiv səbəblərin isə hərəkət iştirakçıları tərəfindən yol verilən qayda pozuntularıdır:

“Əlbəttə ki, hər bir hərəkət iştirakçısının yol hərəkəti haqqında qanunun tələblərini pozması yollarda sıxlığın, tıxacın yaranmasına səbəb olur. Hətta ən çox rast gəlinən səbəblərdən biri dayanma-durma qaydalarının pozulmasıdır. Bizim avtomobil yollarının iki və üçzolaqlı olduğunu nəzərə alsaq, yolun solunda və sağında avtomobillərin saxlanması digər nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət yaranır. Çoxsaylı nəqliyyat vasitələrinin bir zolaqla hərəkət etməsi təbii olaraq sıxlığa səbəb olur. Eləcə də məktəblərin, ali təhsil müəssisələrinin qarşısında iki-üç cərgə nəqliyyat vasitəsinin saxlaması da yollarda sıxlığın yaranmasına əsas səbəblərdən biridir. Valideynlər, şagirdləri məktəblərə gətirən ailə üzvləri 100-150 metr məsafəni piyada qət etmək istəmir və avtomobili düz məktəbin qarşısında saxlamağa üstünlük verir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri